Yaşıl noxud
Yaşıl Noxudlu Toyuq
Tələb olunan ərzaqlar:
2 stəkaVn Bizim Tarla Yaşıl Noxud
2 ədəd kartof
1 ədəd soğan
Yarım kq tikə-tikə doğranmış toyuq budu
2 yemək qaşığı pomidor tomatı
Duru yağ
Duz
Hazırlanma qaydası:
Soğanları xırda-xırda doğrayıb qızarana kimi yağda qovurub toyuq ətini əlavə edin. Ət suyunu çəkənə qədər qovurun. Suyunu çəkənə yaxın tomat və duzu əlavə edərək qarışdırın. Ardından doğradığınız kartofu da əlavə edib qarışdırın. Sonda isə yaşıl noxudu və yeməyin üstünə çıxacaq qədər isti su əlavə edərək orta dərəcəli odda bişirin.
Reseptler
Bütün reseptler