Haqqımızda

Sosial məsuliyyət

Bizim Tarla Vyetnamda Xeyriyyə yarmarkasında

"23 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi Hanoyda hər il ənənəvi olaraq təşkil olunan xeyriyyə yarmarkasında iştirak etmişdir. Xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur və keçirilməsinin əsas məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır. Bununla yanaşı yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin, mətbəxinin və turizm potensialının təbliğ olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Vyetnamdakı Səfirliyi 2015-ci ildə ilk Avropa olimpiya oyunlarının Bakıda keçiriləcəyini təbliğ etmək məqsədilə, yarmarkada ölkəmiz üçün ayrılmış stendin tərtibatında Bakı Avropa olimpiya oynlarının loqolarından istifadə etmişdir. 
Yarmarkada həmçinin Azərbaycan mətbəxindən nümunələr – pilov, çığırtma, firni və qutab iştirakçılara təqdim olunmuş, Vyetnam dilində hazırlanmış Azərbaycan mətbəxi kitabının təqdimatı keçirilmiş və yarmarka iştirakçılarına paylanmışdır. Qeyd olunanlarla yanaşı milli suvenirlər, xalçalar, habelə ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, video çarxlar və digər təbliğat materialları da nümayiş etdirilmişdir.
Yarmarkada Bizim Tarla kompotları, mürəbbələri iştirak etmişdir və Vyetnam Ticarət Palatası vasitəsilə həmin məhsullarla tanış olmaq üçün bir sıra şirkətlərin nümayəndələri dəvət olunmuşdur. Məhsullar ziyarətçilər tərəfindən çox bəyənilmişdir və xüsusi diqqət cəlb etmişdir. 
Ötən il olduğu kimi, bu il də Azərbaycan stendi ən çox ziyarət olunan stendlərdən bir olmuş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.