Məhsullar
Üzüm yarpağı
Üzüm yarpağı- İllər öncədən doğma diyarımız Azərbaycanda üzümçülük, üzüm bağları geniş yayılmışdır. Üzüm tənəyinin yarpağı çox faydalıdır. Onun tərkibində çoxlu miqdarda C vitamini, karotin, üzvi turşular və s. vardır. Mövsümündə, təzə təravətli və körpə yarpaqlardan toplanaraq qablaşdırılan Bizim Tarla üzüm yarpağı milli dəyərlərimizin qorunmasında, milli yeməyimiz olan dolmanın müxtəlif növlərinin hazırlanmasında özünəməxsus yeri var. Xüsusi və adi günlərdə, süfrələrimizin milli, dadlı, özəl yeməyi olan dolma yerli üzüm bağlarından toplanaraq qablaşdırılan Bizim Tarlanın üzüm yarpağları ilə daha ləzzətli olur. Milli yeməyimiz milli brendimiz ilə daha özəldir.