Məhsullar
Povidlo
Povidlo- Povidlo meyvələrin və ya giləmeyvələrin şəkər tozunda bişirilməsindən hazırlanan məhsuldur. Bizim Tarla povidloları Azərbaycanın, doğma diyarımızın meyvə bağlarından toplanan GMO-suz, təbii və təzə meyvələrdən, süni dad və aroma verici qatqı maddələri olmadan hazırlanır və xüsusi şəraitdə sterilizasiya olunmuş qablaşdırmalarda təqdim edilir. Analarımızın evdə hazırladığı şirniyyatların ləzzətini daim xatırladan Bizim Tarla povidloları, meyvələrin tərkibindəki vitaminləri özündə saxlayır. Səhər yeməklərinin ayrılmaz parçası olan Bizim Tarla povidloları, həmçinin piroq, maffin, kruasan kimi bir çox şirniyyat növlərinin hazırlanmasında da istifadə olunur.