Məhsullar
Közləmələr
Ən çətin anlarınızda, möhtəşəm süfrələrinizin xilaskarı "Bizim Tarla" məhsulları köməyinizə yetişir. Közlənmiş məhsul hazırlamaq üçün artıq manqal qalamağa, üst-başınızı his qoxutmağa, çirklətməyə, əllərinizi məhsulları soyarkən yandırmağa ehtiyac yoxdur! Tam gigiyenik şəraitdə hazırlanmış közlənmiş məhsullar, hər birinizin damaq dadını oxşayacaqdır. "Bizim Tarla" Manqal salatı ilə istədiyiniz ləzzəti tapmanın sevincini həm sizlər, həm yaxınlarınız yaşayacaq, əsl manqal salatının dadı və ətrini hiss edəcəksiniz. "Bizim Tarla" manqal salatını, manqal yandırmadan da, asanca ürəyiniz istədiyi anda, qonaqlarınız gəldiyində, böyük ailə süfrələrində, hətta qarnir olaraq yeməklərin yanında da, hər an rahatlıqla istifadə edə bilərsiniz. Manqal salatının tərkibi közlənmiş badımcan, bibər və pomidor kimi tərəvəzlərdən formalaşır. Ənənəvi resepti ilə Ajvar salatı isə, ən ləzzətli formada təqdim edilir. Həm sadə, həm də acılı ajvar salatı mövcuddur. Tərkibi bibər, badımcan, yodlaşdırılmış duz, günəbaxan yağı, şəkər tozu, sarımsaq, acı bibər və limon turşusudan ibarətdir. ''Bizim Tarla'' ajvar salatı yalnız Azərbaycan bölgələrindən olan təbii, GMO-suz, təzə və seçilmiş tərəvəzlər istifadə edilir. Digər Bizim Tarla məhsullarında olduğu kimi, ajvar salatının tərkibində də heç bir konservant və süni qatqı maddələri yoxdur. Bol tərəvəzli, "Bizim Tarla" Pindjur salatının dadı isə çox spesifik və fərqlidir. Tərkibi badımcan, bibər, pomidor, soğan, sarımsaq və ədviyyatdan ibarətdir. Ev üsuluna əsaslanır və əsl pindjur salatının dadı və ətri hiss edilir. Pindjur salatını, həm çörək üzərinə yaxmac edə, həm də yeməklərin yanında qarnir kimi istifadə edə bilərsiniz.