Məhsullar
Tomat Pastası
Pomidor avropaya ilk dəfə 16-ci əsrdə məlum olub.Bu tərəvəzi insanlar Cənubi Amerikadan gətiriblər.O,zaman pomidoru "Peru almasıⅦ adlandırırdılar.Hətta ona "Məhəbbət alması" da deyilməsi məlumdur.O,zamanlar pomidor zəhərli hesab olunduğu üçün dekorativ bitki kimi yetişdirilirdi.Pomidorun yeməli olduğunun aşkar edilməsi tarixi də maraqlıdır.Məhəbbətinə cavab verilmədiyi üçün bir gənc öz həyatına son qoymaq qərarına gəlir.Zəhər qismində isə pomidordan istifadə edir.Lakin o,məqsədinə nail ola bilmir,hətta nasazlıq da hiss etmir.Bu hadisə ilə qısa tanışlıq maraqlı olduğu kimi,pomidorun faydasını bilmək də maraqlıdır.Niyə pomidor yeyende insan özünü xoşbəxt hiss edir? Çünki,onun tərkibindəki serotonin "xoşbəxtlik hormonu"adlandirırlar.Məhz onun sayəsində insanın əhval-ruhiyyəsi qalxır,sinir sisteminin fəaliyyətini tənzimlənir,stress zamanı isə antidepressant kimi təsir göstərir. Pomidor A,B,B2 B6,C,E,K,PP,beta keratin kim vitaminlərlə yanaşı,kalium,kalsium,sink,fosfor,maqnezium və dəmirlə zəngindir. İsti emal olunduqda belə,pomidor faydalı xüsusiyyətlərini itirmir,yəni pomidoru tomat,ketçup,konserv halında da rahat-rahat yeyə bilərsiniz.Pomidora qırmızı rəng verən likopen adlı antioksidant xərçəng xəstəliklərində əvəzolunmaz vasitədir.O,həm də beynin işini yaxşılaşdırır.Bu antioksidantın sutkalıq miqdarını əldə etmək üçün 0.5 kq.pomidor yemək kifayətdir. Pomidor şirəsi mədə şirəsinin istehsalına təsir göstərir,ürəyin işini yaxşılaşdırır. 1 st. pomidor şirəsi içməklə orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri ilə təmin etmək olar. Pomidorun tərkibində limon və alma turşusu maddələr mübadiləsi və iştahanın artırılması üçün faydalıdır. Pomidor orqanizmi günəş şüalarının mənfi təsirindən qoruyur. Kimyəvi tərkibinə görə aspirinni xatırladan pomidor tromb əmələgəlməsinin qarşısını 72%alır,ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Bu tərəvəz göz üçün də çox faydalıdır Bibər - Qırmızı bibər, insanı yüngülləşdirir və nəfəs yollarını açIr. Ürək, Damar tıxanıqlığı və ürək xəstəlıklərinə qarşı qoruyucudur. Ağciyərləri təmizləyir, boğaz yollarından bəlğəmi təmizləyir. Şiddətli baş ağrılarında ağrı kəsici özəlliyi vardır. İştahı açır, mədəni qüvvətləndirir və həzmı asanlaşdırır. Mədə də qanlamalarının önünü ala bilir. Revmatizmaya cox müsbət təsir edir. Günümüzdə çox aktual mövzu olan Xərçəng xəstəliyinin qarşısını almaqda çox yararlıdır. Qırmızı bibər, xolesterini azaldır, mədə turşusunu tənzimləyir və mikrob öldürücü funksiyalara sahibdir . İstehsalı - təzə və təravətlı bibərdən hazırlanır. Bu yeməklərə gözəl və təkrar olunmaz dad qatacaqdır.