Məhsullar
Xi̇yar turşusu
Xiyar turşusu – Bizim Tarla xiyar turşuları mövsümündə tarlalarımızdan toplanan GMO-suz, təbii xiyarlardan hazırlanır. Hər damaq dadına uyğun olub, 8 fərqli çeşiddə (Sadə, acılı, bolqar üsulu, marinə olunmuş, ağ xiyar, kornişon, xardallı, jalapeno bibərli) həm kiçik, həm də balon qablaşmada sizlərə təqdim olunur. Həm məzə, həm də yeməklərin yanında iştah açıcı olaraq süfrələrinizin ayrılmaz dadı olacaq Bizim Tarla xiyar turşuları tam gigiyenik şəraitdə, sterilizə olmuş qablaşmalarda istehsal olunur. Xırçıltılı olub, fərqli çeşidlərlə hər birinizin damaq dadını oxşayacaqdır. Pomidor turşusu – Bizim Tarla pomidor turşuları mövsümündə tarlalarımızdan toplanan təbii, GMO-suz yay pomidorlarından hazırlanır. Xüsusi gigiyenik şəraitdə, sterilizə olmuş qablaşmalarda hazırlanan Bizim Tarla pomidor turşuları özünəməxsus ləzzəti ilə süfrələrinizin bəzəyi olacaq. Tərkibindəki C, B vitaminləri, likopen maddəsi ilə zəngin olan pomidor orqanizm üçün çox faydalıdır və Bizim Tarla pomidor turşuları təbii pomidorlardan xüsusi resept ilə hazırlandığına görə heç bir zərərli, zəhərlənmə hallarına rast gəlmək mümkün deyil. Kələm turşusu - Bizim Tarla kələm turşusunu fərqli çeşid və ləzzətlərlə sizlərə təqdim edir. Azərbaycanda yaşayan Malakanlara məxsus xüsusi reseptə uyğun hazırlanan Bizim Tarla malakan turşusu ləzzəti ilə damaq dadınızı ləzzətlə və xırt- xırtla oxşayacaqdır. Fərqli tərəvəzlərin birləşməsindən hazırlanan Bizim Tarla qarışıq turşu və həftəbecər turşusu həm məzə, həmdə yeməklərin yanında xüsusi ləzzət yaradır. Qarışıq və Həftəbecər turşusuna aid olan tərəvəzlərin tərkibindəki vitaminlərlə öz faydasına fayda qatır. Təbii probiotikdir. Bibər turşusu – Bibər xüsusilə C vitamini ilə olduqca zəngindir. Orqanizm üçün faydalı olan bibər iştahı açır, mədəni qüvvətləndirir və həzmi asanlaşdırır. Bizim Tarlanın bibər turşuları yeməklərin yanında iştah açıcıdır, xüsusi gigiyenik şəraitdə hazırlanır.