Yaşıl noxud

Sobada Yaşıl Noxudlu Toyuq Budu

Tələb olunan ərzaqlar:

4 ədəd toyuq budu
1 kq Bizim Tarla Yaşıl Noxud
3 ədəd soğan
3 ədəd pomidor
2 ədəd bibər
3 diş sarımsaq
1 ədəd kartof
8-9 yemək qaşığı duru yağ
Duz, istiot


Sousu Üçün

1 yemək qaşığı tomat
1 stəkan zeytun yağı
1 çay qaşığı toz qırmızı bibər
1 çay qaşığı kəkik
1 çay qaşığı duz
1 çay qaşığı istiot


 


Hazırlanma qaydası:

Toyuq budlarını bıçaqla kəsiklər atın. Sous ləvazimatlarını bir qabda qarışdırın və içinə uzun, incə doğradığınız soğanları və xırda doğradığınız sarımsaqları və toyuqları əlavə edib yaxşıca qarışdırın. Daha sonra bu toyuq ətini soba sinisinə düzün. Üzərinə streç film çəkib soyuducuda 30 dəqiqə gözlədin. Kartofları alma dilimi, yerkökünü isə dairəvi formada doğrayıb bir qabda duzla qarışdırın. Soyuducuda gözlətdiyiniz sinini götürüb kartof və yerkökünü siniyə əlavə edin. Sonda isə yaşıl noxudu siniyə əlavə edin. Sinini sobaya qoymadan əvvəl siniyə 1,5 stəkan su əlavə edib folyo ilə bağlayıb siniyə qoyun. Əvvəldən isidilmiş 200 dərəcəlik sobada 30-40 dəqiqə bişirin. Bişməyə yaxın folyonu götürüb 5-6 dəqiqə üstünü qızarda bilərsiniz.