Nar, sadəcə nar!
Narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir. Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbətini döş ağrıları zamanı öskürək dərmanı kimi də qəbul etmək olar. Xalq təbabətində isə nar şirəsi yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. Həmçinin nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.