Ləzzəti ilə qəlbləri fəth edən Feyxoa!
Ləzzəti ilə qəlbləri fəth edən Feyxoa çox faydalıdır. Feyxoa arterial təzyiqin tənzimlənməsində kömək edir. Eyni zamanda immun sistemini möhkəmləndirir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Yod çatışmazlığı ilə bağlı olan qalxanvari vəzi xəstəlikləri zamanı feyxoanın qəbulu xüsusilə xeyirlidir. Belə hesab olunur ki, feyxoa tərkibində olan yodun miqdarına görə dəniz məhsullarına yaxındır. Feyxoanın ətində və xüsusilə də qabıqlarında "katexin" və "antosinlər" fenol birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin profilaktikası üçün olduqca vacib olan maddələrdir.