Həm ləzzətli, həm faydalı
Pomidor ləzzətli olması ilə yanaşı, həm də çox faydalıdır. Antioksidantla zəngindir. İnfeksion xəstəliklərin qarşısını alır. Ürək böyüməsinə qarşı önləyici təsirə malikdir. Pomidor göz üçün də çox faydalıdır. Yüksək göz təzyiqinin düşməsinə kömək edir. Pomidorun qabığı və tumu həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Öd və böyrək daşlarının meydana gəlməsinə mane olur. Tərkibindəki C, B vitaminləri, likopen maddəsi ilə zəngin olan pomidor döş və prostat xərçənginə qarşı faydası çoxdur.