Yaşıl Noxudlu Yerkökülü Börək

Bizim Tarla

Tələb olunan ərzaqlar:

1,5 kq lavaş

Daxili üçün;

1 kasa Bizim Tarla Yaşıl Noxud

1 kasa qaynadılmış yerkökü

Cəfəri

Şüyüd

Duz və istiot

Yuxaların arasına sürtmək üçün qatıq və yağ qarışığı.

Hazırlanması

Lavaşları üst-üstə qoyub üçbucaq formasında kəsin. Hər lavaşa əvvəldən hazırladığınız zeytun yağlı və qatıqlı qarışımı sürtün və bir-birinə qarışdırdığınız yaşıl noxud və yer kökünü üç bucaq formasında kəsdiyiniz yuxanın içinə qoyub siqaret kimi bükün. Yağlanmış siniyə düzdüyünüz börəklərin üzərinə qatıq və zeytun yağlı qarışımdan çəkin. Sobada qızara kimi bişirin.

 

Nuş olsun!