Qiyməli Yaşıl Noxud

Bizim Tarla

Tələb olunan ərzaqlar:

2 stəkan Bizim Tarla Yaşıl Noxud

2 ədəd kartof

1 ədəd yerkökü

1 ədəd soğan

200 qr qiymə

2 yemək qaşığı tomat

Duz və duru yağ

Hazırlanması

Əvvəl doğranmış soğan qovurun. Daha sonra tomat və qiymə əlavə edilərək qovurmağa davam edin. İncə doğranmış yerkökük, kubik-kubik doğranmış kartof və yaşıl noxud əlavə etdikdən sonra su əlavə edin. Suyun səviyyəsi qazandakı ərzaqları keçməlidir.

Duz əlavə edərək bişənə kimi odda saxlayın.

Nuş olsun!