Yaşıl Noxudlu Ət

Bizim Tarla

Tələb olunan ərzaqlar:

1 kq Bizim Tarla Yaşıl Noxud

350 qr tikə ət

1 ədəd böyük pomidor

1 ədəd iri yerkökü

1 ədəd iri soğan

1 dolu yemək qaşığı tomat pastası

1 stəkan duru yağ

Duz

İsti su

Hazırlanması

Əvvəl tikə ətləri suda qaynadın. Bir az yumşaldıqdan sonra doğradığınız kartof və yerkökünü, eyni zamanda yaşıl noxudu qaynayan ətin üzərinə əlavə edin.

Hamısı qaynadıqdan sonra ətin suyunu ayrıca qaba alın. Yenidən qazana isinən yağlı qazana əvvəldən doğradığınız soğanı əlavə edib bir az qızartdıqdan sonra tomatı əlavə edin. Soğan və tomatı yaxşı qarışdıqdan sonra bişmiş ətləri bura əlavə edərək təxminən 5 dəq. qovurun. 5 dəqiqə sonra qaynamış tərəvəzləri bura əlavə edib 5-10 dəqiqə kiçik odda ehmalca qovurun. Daha sonra ayırdığınız ət suyunu bura əlavə edin və bu sudan başqa tərəvəzlərin üstünə bir barmaq qalınlığını keçməsi şərtiylə su əlavə edin. İstəyə görə duz, istiot əlavəsini də edib tərəvəzlər yumuşalana kimi bişsin.

 

Nuş olsun!