Yaşıl Noxudlu Makaron

Bizim Tarla

Tələb olunan ərzaqlar:

Yarım paket makaron

Sous üçün

3 yemək qaşığı zeytun yağı

3 diş sarımsaq

1 ədəd rəndələnmiş soğan

1 ədəd qırmızı bibər

2 su stəkanı Bizim Tarla Yaşıl Noxud

4 ədəd pomidor

Duz, istiot, nanə

Üstü üçün

İstəyə görə parmezan pendiri

Hazırlanışı

Zeytun yağılı qazana doğranmış sarımsağı əlavə edib qoxusu çıxana qədər qovurun. Az sonra rəndələnmiş soğanı da əlavə edərək qovurmağa davam edin. Ardınca doğranmış qırmızı bibəri də əlavə edərək 1-2 dəq qarışdırdıqdan sonra yaşıl noxudu da əlavə edərək qarışdırmağa davam edin. Rəndələnmiş pomidora duz, istiot və nanəni əlavə edib 10 dəqiqə bişirin.

Daha sonra bu sousa qaynatdığımz makaronu da əlavə edərək yaxşıca qarışdırın.

İstəyə görə yeməyin üzərinə parmezan pendiri də səpə bilərsiniz.

Nuş olsun!