Yaşıl Noxudlu Plov

Bizim Tarla

Tələb olunan ərzaqlar:

2 stəkan düyü

150 gr Bizim Tarla Yaşıl Noxud – təxminən 1,5 stəkan

3 stəkan ət/toyuq suyu

2 yemək qaşığı yağ

Duz

1-2 çimdik limon duzu

Hazırlanması

Təmizlədiyiniz düyüyə duz və 1-2 çimdik limon duzu əlavə etdikdən sonra üzərinə su əlavə edib 1 saat gözlədin.

1 saatdan sonra düyünü sudan keçirərək əvvəlcədən isitdiyiniz yağlı qazanda qovurun.

Düyünü qovurduqdan sonra üzərinə toyuq/ət suyunu və duzu əlavə edərək bişməyə qoyun. Bişənə yaxın qapağını bağlayın.

Bişdikdən sonra yaşıl noxudu üzərinə əlavə edib bir dəfə qarışdırın. Daha sonra dəmləməyə qoyun.

 

Nuş olsun!