facebook beğen

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Turşu Xiyar


Xiyar o tərəvəzlərdəndir ki, onsuz yay salatlarını təsəvvür etmək mümkün deyil. Çünki xiyarın tərkibi faydalı maddələrlə zəngindir. Xiyarın əsas hissəsi sudan ibarətdir. Strukturlaşdırılmış və asanlıqla həzm olunan xiyar suyu demək olar ki, orqanizmə lazım olan bütün mikroelementlərlə zəngindir. Xiyarın tərkibində o qədər də çox vitamin yoxdur (C, E, B1, B2, Provitamin A), amma tərkibində bu qədər mikroelement və mineral olan tərəvəz azdır.
Xiyarın tərkibində qlükoza, fruktoza, nişasta, askorbin turşusu, qəhvə və fol turşuları, xlorofil, kalium, kalsium, fosfor, maqnezium, dəmir, natrium, xrom, xlor, kobalt, sirkonium, manqan, nikel, mis, sink, alüminium, gümüş və titan mövcuddur.
Tərkibindəki kaliumun zənginliyi sayəsində xiyar qan təzyiqini normallaşdırmaq xüsusiyyətinə malikdir. Yod qalxanvari vəzinin fəaliyyətini təmin edir və skleroza qarşı mübarizə xüsusiyyətini daşıyır. Mis, mərkəzi sinir sisteminin fəaliyyəti və orqanizmin insulin istehsalı prosessində iştirak edir. Bu da, xiyarı şəkər xəstələri üçün mühüm qida məhsulu olmasını təmin

Turşu Kələm


Kələm əsil vitaminlər, mikroelementlər xəzinəsidir və onu müalicə vasitəsi kimi tam şəkildə istifadə etmək olar. Onda istənilən qədər faydalı maddələr---şəkər, zülallar,yağlar, selluloza, fermentlər, bir çox mikroelementlər kompleksi(məsələn ürək əzələsinin qidalanmasında böyük rolu olan çoxlu kali), üzvü turşular və fitonsidlər,mineral duzlar, baktrrosid təsirli lizosim, həmçinin qeyri adi miqdarda çoxlu vitamilər—vitamin C(limon və apelsinin tərkibindəkindən çox), P, B1, B2, B3,K, B..., yara xəstəliyinə qarşı vitamin U vardır. O mədənin selikli qişasının müqavimətini artırır, yara artıq əmələ gəlibsə toxumaların regenerassiyasıni və sağalmanın tezləşməsini sürətləndirir. Bundan başqa vitaminU bir çox dəri xəstəlıklərində; ekzemada, psoriazda, neyrodermitdə qeyri adi dərəcədə effektlidir.Kali duzlarının yüksək miqdarına görə kələm böyrək xəstəliklərində faydalıdır. Aterosklerozdan əziyyət çəkənlərə pektin birləşmələri lazımdır ki, onlar da kələmdə vardır. Onlar xolesterini xaric etməyə kömək edir.Öd kisəsinin xəstəliklərində kələm şirəsi ödün sekressiyasını gücləndirir. Bundan başqa şirə qara ciyərə, həmçinin hepatitlərin bütün tiplərində yaxşı təsir göstərir. Mədə-bağırsaq sisteminin xəstəliklərində müntəzəm olaraq yarım stəkan isti, yeməkdən qabaq kələm şirəsi içmək məsləhətdir: ağrılar, ürək bulanma, qıcqırma, qusma şəfalı içginin təsirindən geri çəkiləcəkdir. Nəhayət, kələm arıqlamaq üçün əvəzedilməz vasitədir. Onun yarpaqlarında karbohidratların yağa çevrilməsinə mane olan tartron turşusu vardir. Bundan başqa o yağın qarın nahiyəsındən, buddan, həmçinin toplandığı digər yerlərdən artığının çıxmasını stimullaşdırır.

Bu məhsul 4 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .