facebook beğen
kompotlar

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Mürəbbə

Mürəbbə müxtəlif meyvələrin su və şəkərlə qarışdırılıb qaynadılması nəticəsində yaranan şirin yemək növüdür. Mürəbbənin tarixi qədim dövrlərə qədər uzanır. Əvvəllər bəzi meyvələr bal şərbəti ilə qaynadılır və bir müddət saxlanılırdı. Lakin bu, zaman baxımından uzun çəkir və insanlara baha başa gəlirdi. Sonrakı dövrlərdə şəkərin hazırkı formada istehsal olunması meyvələrə lazım olan şirin suyun asanlıqla təmin edilməsi mürəbbə istehsalını da genişləndirdi. Hətta millətlərə, regionlara və şəhərlərə görə müxtəlif növ və adlar altında mürəbbə hazırlanmağa başlandı. Bizim Tarla mürəbbələri üçün isə bütün meyvələr yetişmiş halda toplanır və aralarından ən yaxşıları seçilir. Hər fəsildə təzə meyvələrdən mürəbbə hazırlanır.

Bütün məhsullar qida mühəndisləri və texnikləri tərəfindən ən müasir texnologiya ilə ənənəvi strukturlar pozulmadan istehsal olunur. Bütün məhsullar vakuumlu qazanlarda maksimum 60 dərəcə istilikdə bişirilərək, rəngini, dadını və ətrini maksimum dərəcədə saxlayır. Novruz bayramının gəlişi münasibətilə bişirdiyimiz müxtəlif kekslərin, tortların içərisinə ləzzətli Bizim Tarla mürəbbələrindən qoyaraq gələn qonaqlarımıza ləzzətli şirniyyatlar təqdim edə bilərik. Bundan əlavə, səhər yeməklərində və çay süfrələrimizdə çayın yanında həmin mürəbbələrdən dada bilərik. Bol meyvəli və möhtəşəm dada malik olan Bizim Tarla mürəbbələri ilə mükəmməl ləzzətlər əldə etmək imkanını əldən qaçırmayın.

Bu məhsul 12 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .