facebook beğen

MUKAFATLARIMIZ 

Bizim Tarladan növbəti uğur!

Bizim Tarla markası növbəti uğruna imza atdı. Beləki, 2013-cü ilə ərzində Day.az informasiya portal tərəfindən həyata keçirilmiş “Xalq Seçimi” sorğusunun nəticələrinə əsasən məhsullarımız layiqincə birinci yeri əldə etmişlər. Xalq seçiminə əsasən ən yaxşı konserv məmulatı, ən yaxşı kompot məmulatı və ən yaxşı mürəbbə məmulatı nominasiyasında Bizim Tarla birinci olmuşdur. İstehlakçılar tərəfindən sevilən, güvənilən markamız bir daha ən tərcih olunan marka olduğunu isbat etdi. Müstəqil mənbəələr tərəfindən keçirilən bu xarakterli sorğu nəticələri markamıza dəyər qatır və qürur hissi bəxş edir. Məhsullarımızın kefyiyyət və dadının istehlakçı seçimi ilə uzlaşması hər bir əməkdaşımız üçün ən gözəl mükafatdır.

Bizim Tarla məhsulları beynəlxaq BRC sertifikatına layiq görüldü

Bizim Tarla məhsullarının istehsal olunduğu müəsisələr davamlı olaraq keyfiyyət idarəetmə sistemləri və beynəlxalq sertifikatlar əldə etmək istiqamətində çalışmaqdadırlar. Buna səbəb Bizim Tarla məhsullarını istehlak edən müştərilərimizə verdiyimiz dəyərdir. Xaçmaz .əhərində yerləşən “Qafqaz Konserv Zavodu” Britaniya Satış Birliyinin daha təhlükəsiz ərzaq istehsalının təmin edilməsi məqsədi ilə yaratdığı BRC (British Retail Consortium) Global Standartının “A grade” səviyyəsinə layiq görülmüşdür. BRC Global Standartları –qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması və saxlanması, həmçinin istehlak məhsullarının istehsalı ilə məşğul olan şirkətlərə tələbləri müəyyən edir. Bu standart pərakəndə satış və digər müəsisə rəhbərlərinin öz təhcizatçılarını qanunvericilik baxımından qiymətləndirilməsində istifadə olunur

Nar Bağları Organik Sertifikat

Uzun illərdən boyu çəkilən əziyyətlərin bəhrələri əldə etmək labüddür. Sizlərlə paylaşmaq istıdiyimiz qürür verici məqam Biləsuvar rayonunda sahib olduğumuz Nar Bağlarımız Almaniyanın Beynəlxalq CERES GmbH şirkətinin keçirdiyi audit nəticəsində Orqanik Sertifikatla təltif olunmuşdur. Əldə olunan uğur şirkətimizin istehsal etdiyi məhsulların keyfiyyətinə xüsusi diqqət göstərməsinin eyni zamanda insan sağlamlığına verdiyi əsaslı əhəmiyyətin təcəssümüdür. Orqanik Nar bağçalarına sahib olmağımız bizləri qürurlandırır və hər kəsin bəyəndiyi Bizim Tarla Nar Şirəsi məhsullarının qazandığı etibarı artırmış olur. 

Bizim Tarla - Etibarınız Adımızdır 

SAM_4359.jpg
SAM_4353.jpg
SAM_4354.jpg
SAM_4366.jpg
0fc3e66a-3846-40c3-8525-ecd4c5259891.jpg
63b94950-9b56-4f86-85ac-68149a60a4dc.jpg
81bc993b-8bcd-478e-baaf-824bb002079b.jpg
f5284fce-fb28-4c02-907b-0cb092df5e19.jpg
4b188b82-6fc6-4573-89c4-15fb3f8c5e92.jpg
9b1db02b-489c-4c55-8342-fe72da9b2218.jpg
d41d7dad-9ed6-4d1e-bd17-2e2ae1db2967.jpg
65cd6d04-8a21-461a-b59e-316b0c550233.jpg