facebook beğen

İstehsal

Bizim Tarla markası Xaçmaz, Lənkəran və Biləsuvarda yerləşən zavod və kənd təsərrüfatı komplekslərində istehsal olunur.

“Qafqaz Konserv Zavodu” MMC 12 sentyabr 2003-cü il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır. Azərbaycanın Şimal bölgəsində, Xaçmaz Şəhərində fəaliyyətə başladığı gündən inkişaf yoluna qədəm qoymuş Qafqaz Konserv Zavodu keyfiyyətli məhsul istehsal etmə yönündə daim yüksəliş pillələri ilə irəliyə addımlamaqdadır. Müəssisədə 350-dən artıq nəfər işçi çalışır ki, bu da Xaçmaz bölgəsinin inkişaf amillərindən biridir. Qafqaz Konserv Zavodu 08/11/2005-ci tarixindən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatına sahibdir (Sertifikat № KY-4187/05) və bütün sənədləşmə , eyni zamanda istehsal proses işlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslandırmaq şərti ilə Beynəlxalq normalar çərçivəsində həyata keçirir. Qafqaz Konserv Zavodunun rəhbərliyi istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı bütün standartların (DÜST, QOST, TSE) tətbiqi sahəsində lazımi əməliyyatlar aparmaqdadır.

Biləsuvar Konserv zavodu, Biləsuvar rayonu
2010 cu ildə fəaliyyətə başlayan Biləsuvar Konserv zavodu yaşıl noxud, xiyar, kornişon, pomidor və digər turşular, tomat pastası, soyulmuş pomidor, doğranmış pomidor, kürü konservləri istehsal edir. Zavodun illik istehsal potensialı 40 000 tondur. Bizim Tarla məhsullarının xammalı şirkətlər qrupunun tərkibində olan Natural Green Land Kənd təsərrüfatı kompleksi tərəfindən təmin olunur.

aboutimage Natural Green land 2006-cı ildən fəaliyyətə başlamışdır. Bu müəssisə müxtəlif kənd təsərrüfatı məhsullarının əkilməsi və becərilməsi ilə məşğul olur. Müəssisə tərəfindən Biləsuvar rayonunda 3400 hektarlıq ərazidə rekultivasiya işləri aparılmış, drenaj kanalları çəkilmiş, müasir kənd təsərrüfatı avadanlıqları ilə yanaşı, dünya liderləri “Valmont İnternational” şirkətinin suvarma sistemi, kənd təsərrüfatı texnikaları üzrə “John Deer” şirkətinin traktor və aqrotexniki avadanlıqları ilə təchiz olunmuşdur. Xiyar, pomidor, yaşıl noxud, badımcan, bibər, qabaq və digər tərəvəzlərin əkini həyata keçirilir və Bizim Tarla markası altında olan məhsulların istehsalında istifadə olunur. Ərazidə yüzlərlə hektar nar və heyva bağları salınmışdır. Azərbaycanda ilk yerli yaşıl noxud tarlası burada salınmışdır və Bizim Tarla markası ilk yerli yaşıl noxud konserv markasıdır.

Daim keyfiyyətli məhsul və xidməti ilk hədəf olaraq seçmiş Qafqaz Konserv Zavodu istehsal kəmiyyəti cəhətdən də yüksək inkişafa malikdir.