facebook beğen
Haberler

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

heber-noxud

Günün Ləzzət Sevinci

İyulun 15-də saat 19:00-da yaşıl noxud gününün qeyd olunması üçün yaşıl şarlar havaya buraxılıb.

Axşam saatlarında insanların gur olduğu Nizami küçəsində Bizim Tarlanın keçirdiyi yaşıl noxud aksiyası səs-küy yaratdı. Hər kəs əlində yaşıl şarlar tutmuşdu. İnsanların lifletlərdəki məlumatları oxumalarını görmək və hətta Bizim Tarla markasını müzakirə etdiklərini eşitmək çox xoş idi.

Qeyd edək ki, açıq havada keçirilən bu aksiya iyul ayının əvvəlindən bütün media orqanlarında (telekanallarda, metro, TV band, internet, mətbuatda) yaşıl noxudların yığımı haqda məlumatın çatdırılmasının davamı olub. Artıq yaşıl noxudlarımız Bizim Tarladan yığılıb və qısa müddətdə rəflərə çatdırılacaq. 15-17 iyul tarixlərində 10 supermarket və Park Bulvardakı Bizim Tarla stendində bu ilin istehsalı olan yaşıl noxudların dadılması keçirilir.

2011-cu ilin Yaşıl Noxud yığımı uğurla yekunlaşıb

Azərbaycan bazarında yeganə yerli Yaşıl Noxud istehsalçısı olan “Natural Green Land” müəssisəsi məhsul yığımını başa vurub. “Bizim tarla” yaşıl noxudları təbii keyfiyyəti ilə istehlakçıların tələbatını ödəyəcək. Bu münasibətlə, “Bizim Tarla” marka heyəti tərəfindən “Həyat yaşıldır” adlı məlumatlandırma aksiyası keçririlib. Aksiyada yaşıl şarlar və məlumatlandırıcı lifletlər insanlara hədiyyə olunub. Aksiya maraqla qarşılanıb.

Qeyd etmək lazımdır ki, “Azersun Holding” yaşıl noxud əkiminə 2007-ci ilin dekabr ayından başlayıb və hər il mərhələli əkin işləri həyata keçirib. İstehsalda istifadə edilən bütün avadanlıqlar da ən son texnoloji nailiyyətlərdən hesab edilir. Məhsulun istehsal olunduğu zavodun ərazisi 3600 m² sahəni əhatə edir. 2010 ildən etibarən yaşıl noxud əkin sahələri 2 dəfədən çox genişlənib. “Natural Green Land” konserv zavodunda istehsal prosesində 3 növbədən ibarət olmaqla 130 nəfər işçi çalışır və günə 70 ton yaşıl noxud istehsal olunur. Hal hazırda “Bizim Tarla” yaşıl noxud məhsulları həm daxili bazarda, həm də xarici ölkələrdə satılmaqdadır.

Konservləşdirilmiş yaşıl noxudların faydası barədə

Nəzərinizə çatdırmaq istərdik ki, konservləşdirilmiş yaşıl noxud olduqca xeyirli məhsuldur. O, yüngül və sadə məzə olmaqla yanaşı, müstəqil qarnir kimi şorbalar və salatlar üçün əlavədir. Alimlərin söylədiklərinə əsasən, noxudu insanlar hələ daş dövründə ikən istifadə edirdilər. Noxudun müxtəlif növləri həm qədim Yunanıstanda, həm də qədim Romada məşhur idi və onu həm sadə insanlar, həm də ali siniflərin nümayəndələri öz rasionlarına daxil edirdilər.

Şərqdə isə noxud varlılğın və bərəkətin simvolu idi. Almaniyada noxudu xüsusi olaraq sevirdilər. Noxudu, xüsusi qidalandırma xüsusiyyətlərinə görə daim qiymətləndirirlər. Tərkibindəki zülalların miqdarına görə noxudun bütün paxlalı bitkilər kimi bərabəri yoxdur. Noxud dənəciklərinin olan zulalların tərkibində olan amin turşuları (sistin, lizin, metionin, triptofan, və s.) ətdə olan zülalların tərkibi ilə oxşardır və hər bir dənəciyin 26-27%-ni təşkil edir. Bundan əlavə noxudda çoxlu kraxmal, yağ, toxumalar, fermentlər, vitaminlər (A, C, B1, B2, PP), o cümlədən kalium, kalsium, fosfor və dəmir var. Noxud həmçinin, son dövrlər təbii məhsullarda deyil, xarici bioəlavərdə axtarılan fol turşuları ilə də zəngindir.

Noxudun digər xüsusiyyətlərindən biri də onda çoxlu miqdarda qida liflərinin olmasıdır. Məhz onlara görə noxud aşağı qlikemik indeksli (qida yüklənməsindən sonra qanda şəkərin səviyyəsinin qalxmasını göstərən əlamət) məhsullara aid edilir. Buna görə də yaşıl noxud şəkərli diabetdən və piylənmədən əziyyət çəkənlərə, qlükozaya tolerantlığı itirənlərə xeyirlidir.

Özünün ilkin yetkinlik vaxtında noxud xüsusilə yaxşıdır. Bəzi xeyirli maddələrin öz maksimumuna çatmasına baxmayaraq, bu məhsul pəhriz yeməyinin bütün tələblərinə cavab verir. Yaşıl noxudda həmçinin, yağların mübadiləsini tənzimləyən lipotrop faktorların miqdarı yüksəkdir.

Dietoloqların məsləhətlərinə görə, ildə ən azı üç kq yaşıl noxud yemək lazımdır. Noxudun məhsulları ilə yanaşı bitki sonluqlarını (həlim etmək vasitəsilə) də müalicə olunmaq olar. Amma noxudun (digər paxlalılar kimi) yeməkdə yalnız dənəciklərindən istifadə etmək məsləhət görülür.

Noxudun vasitəsilə həm də orqanizmi daxildən təmizləmək mümkündür. Yalnız mədə-bağırsaq sistemi deyil həm də digər orqanlar nəzərdə tutulur. Noxud həm də, baş beyin toxumalarını qidalandıran, ateroskelerozu müalicə edən, maddələr mübadiləsini normallaşdıran və ateroskelerozla bağlı olan baş ağrılarını aradan qaldıran qlükotamin turşusu ilə də zəngindir. Üzdə olan və günəş yandırmasının ləkələrini aradan qaldırmaq üçün loğmanlar mümkün qədər çox yaşıl noxud yeməyi məsləhət görürlər.

Noxud nə qədər cavan olarsa, onun dietik adlandırılmaq fürsəti daha çox olar. Uzun müddətli termo emala məruz qalan və mədə-bağırsaq yolunda uzun müddət qalan qurudulmuş noxuda nisbətən, yaşıl noxud tez həzm olunur. Əgər “yaşlı noxudun” istifadə olunması zamanı bəzi əks göstəricilər vardırsa, cavan noxud son dərəcə xeyirlidir.

Ən vacib mualicəvi faktorlardan biri də yaşıl noxudda PP vitamininin və nikotin turşusunun olmasıdır. Əgər orqanizmdə onlar çatışmırsa, onda insan tez yorulur, zəiflik hiss edir və yuxusuzluqdan əziyyət çəkir. Noxud həm də anemiya (onda olan dəmir “çalışır”) və şəkərli diabetdə kömək edir. Hətta noxudun şişlərə qarşı effektiv olması haqda tədqiqatlar vardır. Noxud, qan azlığı, öd kisəsi və qaraciyər xəstəliklərində xeyirlidir.

Beləliklə, Natural Green Land fabriki Biləsuvar rayonunda cari mövsümdə “Saville”, “Bizim Tarla”, “Bostan” markaları altında 2000 ton yaşıl noxud məhsulları istehsalı nəzərdə tutub. İnanırıq ki, yeni mövsüm istehsalı olan məhsullarımız hər birimizin süfrələrinə ləzzət gətirərək, öz keyfiyyəti və faydası ilə Azərbaycan bazarında lider olaraq daha da yüksək nailiyyətlər əldə edəcək.