facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Quş südü tortu resepti

Tərkibi:
Biskvit üçün:
4 yumurta
150 q şəkər tozu
150 q un

Sufle üçün:
10 yumurta
300 q şəkər tozu
200 q kərə yağı
200 ml süd
30 q jelatin
1 x.q. un

Hazırlanması:
Jelatinin üzərinə 150 ml qaynadılmış soyuq su töküb 1 saat saxlayın.

Biskvit hazırlamaq üçün yumurtaları şəkər tozu ilə çalın. Un əlavə edib qarışdırın. Sinini (diametri təxminən 26 sm) yağlayın, yaxud da perqament döşəyin. Xəmiri töküb 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Kibrit və ya diş çöpü vasitəsilə bişib-bişmədiyini yoxlayın.
Sufle üçün yumurtanın ağını sarısından ayırın. Sarıları 150 q şəkər tozu ilə çalın. Süd əlavə edib qarışdırın. Un vurub yaxşıca qarışdırın, lopa qalmasın. Bunu "su hamamı"na, "hamamı" isə vam odun üzərinə qoyub qatılaşana qədər qarışdırın. Sonra kənara qoyub soyudun.
Soyumuş kütləyə yumşaldılmış kərə yağı əlavə edib mikserlə çalın.

Jelatini kristalları tam əriyənədək qızdırın. Azacıq soyudun.

Yumurta ağına bir çimdik duz vurub köpüklənənə qədər çalın. Yerdə qalan 150 q şəkər tozunu əlavə edib qatı köpük alınana qədər çalın (həcmi xeyli artmalıdır). Jelatin əlavə edib qarışdırın. Sonra yumurtanın sarısı olan kütlə ilə birləşdirib qarışdırın. Soyuducuya qoyun ki, bir az bərkiyib özünü tutsun, qatılaşsın.

Biskviti iki yerə bölün. Bir hissəsini elə sinidə saxlayın. Sufleni üzərinə çəkib hamarlayın. Bunun üzərinə ikinci korju qoyun. Soyuducuda 6-8 saat saxlayın.
Zövqünüzə görə bəzəyin. Məsələn, karamelli salfet ilə bəzəyə, yaxud üzərinə əridilmiş şokolad çəkə bilərsiniz (250 q şokoladı "su hamamı"nda əridib tortun üzərinə çəkin).




Bu məhsul 2 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .