facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Cemli peçenya resepti

Tərkibi:
100 q kərə yağı və ya marqarin
100 q şəkər tozu
1 ç.q. vanilli şəkər
2 yumurta
2 ç.q. qabartma tozu və ya 1 ç.q. söndürülmüş soda
300-350 q un
cem və ya qatı pavidla
Hazırlanması:
Yağı şəkər tozu və vanilli şəkərlə qarışdırın, yumurta əlavə edib qarışdırın. Qabartma tozu və un əlavə edərək xəmir yoğurun.
Xəmiri 3 mm qalınlıqda yayıb müxtəlif fiqurlar kəsin.Fiqurların yarısının ortasını kəsin.
Sinini yağlayın, yaxud perqament döşəyin.Kəsdiyiniz fiqurları üstünə düzün.180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
Hazır fiqurların üzərinə cem, yaxud pavidla çəkin.Üstündən isə ortasını kəsdiyiniz bişmiş fiqurları yerləşdirin.
 

Bu məhsul 1 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .