facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Vişnəli tort

Tərkibi:
 
Biskvit peçenyesi – 150 q
Kərə yağı – 125 q
Kəsmik – 300 q
Yoqurt – 150 q
Qaymaq (11%) – 100 q
Limon suyu – 2 ç.q
Jelatin – 10 q
Şəkər tozu – 50 q
Vanil
Vişnə
Vişnə jelesi
Hazırlanması:
Biskvit peçenyesini blendorda toz halina gətirin və əridilmiş kərə yağı ilə qarışdırın.Daha sonra diametri təqribən 26 sm olan qaba bərabər şəkildə yayın.Soyuducuya qoyun və 30-40 dəq gözləyin.
Jelatini 100 q qaymaq ilə yaxşıca qarışdırıb, qabarmağını gözləyin.Ayrıca bir qabda isti su ilə dolu qazana qoyun və tam hazır olana qədər qarışdırın. Qaynatmaq olmaz! Sonra isə soyumağa qoyun.
Kəsmiyə yoqurt, limon suyu, və vanil əlavə edib, şəkər tozu ilə qarışdırın. Əldə olunan kremə hazır jelatini əlavə edin.Yaxşıca qarışdırın.
Biskviti soyuducudan çıxardın və kremi üstünə çəkin.Soyuducuda 2 saat saxlayın.
Vişnələri ortadan bölün, tortun üstünə düzün.İsti jelatini tortun üzərinə bərabər şəkildə əlavə edin.Hazır tortu yenidən soyuducuya qoyun və özünü tam tutana qədər gözləyin.Nuş olsun!
 

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .