facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Üçkünc paxlava

Tərkibi: 

Xəmir üçün

un – 100 qr
su -  aparana qədər
duz- 1 çimdik

Içlik üçün:

şəkər tozu – 150 qr
qoz ləpəsi – 100qr
qızartmaq üçün: 
ərinmiş kərə yağı- 150 qr

Duru xəmir üçün:
Un – 3 ç.q.
Su – 1 x.q
Üstü üçün: şəkər kirşanı

Xəmirin hazırlanması:
 
Ələnmiş unun üzərinə su və duz əlavə edilib yumşaq xəmir yoğrulur. Xəmir kündələnib 1 saata saxlanır.İçliyin hazırlanması: qoz ləpəsi üyüdülüb şəkər tozu ilə qarışdırılır.Kündə çox incə yayılır, sobada azacıq qurudulur.Lavaş 5 sm enində kəsilir. Kəsilən hissə ələ alınır, baş hissədən fırladıb içəriyə doğru qatlanır.İçinə 1 ç.q. içlik qoyulur, yenidən qatlanır.Ağız hissəsi üçkünc kəsilir.Kəsilmiş lavaşın uc hissəsi duru xəmirlə bərkidilib yağda qızardılır.
 

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .