facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

İrmik halvası (Manna yarmasından halva)

İrmik (manna yarması) - 500 qr
Şəkər tozu- 750 qr
Kərə yağı (və ya marqarin) - 250 qr
Yaşıl fıstıq-100qr
Süd-500 ml
Su-500 ml

Kərə yağı əridilir, üzərinə irmik əlavə olunub bir qədər qovrulur.İrmiyə fıstıq qatılır və fıstıqlar açıq qəhvə rəngi alana qədər yenidən qovrulur.
Qovrulmuş irmiyə süd, daha sonra isə su tökülüb həll edlir.Kütləyə şəkər tozu əlavə edilib 1 dəq qovrulur.Tavanın qapağı örtülür və halva arabir qarışdırılaraq orta odda bişirilir.Suyu çəkildikdən sonra odun üzərindən götürülür, tavanın ağzına suşəkən kağız qoyularaq qapağı örtülür.Halva 15-20 dəq dinlənib süfrəyə verilir.

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .