facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Qaş” xingəl

Lazım olan ərzaqlar:

Mal əti – 250qr
Baş soğan  –  1 ədəd
Noxud – 30qr
Kərə yağı – 70 qr
Qaragöz lobya – 50 qr
Alça qurusu – 5-6 ədəd
Duz,istiot


Xəmir üçün:

Un –300qr
Yumurta – 1ədəd
Su – aparana qədər
Duz – 1 çimdik

Üzəri üçün
Nanə qurusu – 2 ç.q.
Sirkə, sarımsaq -  zövqə görə

Unun üzərinə yumurta, su əlavə edilir, duz səpilib yumşaq xəmir yoğrulur.Oxlovla açılmış xəmirdən xırda dördbucaqlar kəsilib, unlanmış siniyə yığılıb qurudulur.Axşamdan soyuq suda isladılmış noxud və qaragöz lobya bişirilir.Ət xırda doğranıb qaynadılır.Kəfi yığılır.Ət bişəndən sonar, bulyondan çıxarılıb başqa qazana qoyulur.Üzərinə süzgəcdən keçirilmiş bulyon süzülür.Bulyona bişmiş noxud, qaragöz lobya, xırda doğranmış və kərə yağında qızardılmış baş soğan əlavə edilir.Çorbaya sonda xongəl və alça qurusu əlavə edilib bişirilir.Hazır şorbanın üzərinə nanə qurusu səpilir. “Qaş” xingəl süfrəyə sirkə-sarımsaqla verilir.

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .