facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Əriştə

Dana və ya qoyun əti– 500 q.,
Baş soğan – 1 baş,
Əriştə – 3 ovuc (yaxud nazik vermişel – 2 ovuc)
Keşniş və şüyüd –hərəsindən 1 dəstə,
Üzüm, yaxud alma sirkəsi,
Duz, istiot – zövqə görə
 
Ət yuyulur, soğanla ət maşınından keçirilir, duz, istiot vurulur və yaxşı-yaxşı qarışdırıldıqdan sonra ondan qoz boyda xırda küftələr tutulur. Küftələr 2 litr qaynar suya, yaxud ət suyuna salınır və bişirilir. Buna əriştə əlavə olunur və hazır olanadək bişirilir. Göyərti narın doğranır və süfrəyə verməzdən əvvəl şorbaya tökülür. Bu şorbanın yanında adətən sirkə-sarımsaq və ya sarımsaqlı qatıq verilir.

Bu məhsul 1 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .