facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Gürzə

Qoyun əti – 217 q,
Quyruq– 25 q,
Baş soğan – 30 q,
Un– 80 q,
Şərab sirkəsi və ya Abqora – 10 q,
Sarımsaq – 2 q,
Keşniş – 15 q,
İstiot – 0,1 q,
Duz - zövqə görə.
Hazırlanma qaydası
Qoyun əti, quyruq və soğandan qiymə hazılanır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır və bundan diametri 5 sm ölçüdə dairələr kəsilir. Xəmir dairələrin içərisinə çiy qiymə qoyulub tikişi yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür. Hazırlanmış gürzə suda və ya bulyonda bişirilir. Süfrəyə bulyonu ilə birlikdə verildikdə üstünə keşniş səpilir, yanına sarımsaqlı sirkə qoyulur.

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .