facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Lazurad (Naduqi pendiri və nanəli acıkadan xingəl) (Gürcü mətbəxi)

Tələb olunan ərzaqlar:
Suluquni pendiri - 160 qr.
Naduqi pendiri - 100 qr.
Təzə nanə - 20 qr.

Hazırlanma qaydası:
1. Suluquni pendirini qaynayan suya salın, suda pendir elastik kütləyə çevriləcək.
2. Pendiri böyük kündə formasına salın, kündədən 3 dairəvi lavaş kəsin.
3. Pendirin qalanını yenidən qaynar suya salıb əriştələr dartın.
4. Suluqunidən düzəltdiyiniz lavaşların içinə nanə və yaşıl acıka qatılmış naduqi pendirinin 1/3 hissəsini qoyub xingəl kimi torba büzün.
5. Torbanı suluqunidən düzəltdiyiniz əriştə ilə bağlayın – gürcü xingəlinə oxşar forma alınacaq.
6. Boşqaba qoyun.
7. Prosesi daha iki dəfə təkrarlayın ki, 3 xingəl alınsın. Xingəllərin yanında suluqunidən lavaş qoyun.
8. Nanə budağı ilə bəzəyin

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .