facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Ananas Salatı

İstifadə olunan məmulatlar:
kartof – 2-3 ədəd orta ölçülü, 
toyuq budu – 1 ədəd (300 – 400)qr, 
ortadan iki hissəyə bölünmüş qoz ləpəsi – 150 qr, 
yumurta – 3 ədəd, 
pendir - 100 qr, 
Bizim Tarla Xiyar Turşusu – 4-6 ədəd, 
baş soğan – 1 ədəd , 
göy soğanının yarpaqları (bəzək üçün),
mayonez, 
duz, 
istiot.

Hazırlanması
Kartofu yaxşıca yuyub qabıqlı halda bişirin və iri gözlü sürtgəcdən keçirin. 
Yumurtanı bərk bişirin və qabığını soyub iri gözlü sürtgəcdən keçirin. 
Toyuq budunu tam yumuşaq olana qədər bişirin əti sümükdən ayırıb xırda – xırda doğrayın. 
Pendiri sürtgəcdən keçirin. 
Xiyarı xırda dördkünc şəklində doğrayın. 
Soğanı təmizləyın və doğrayın. 
Hazırlanmış məmulatları oval şəkilli qaba qat – qat düzməyə başlayın.Hər bir qatı zövqə görə duzlayıb istiotlayın və qatların arasına mayonez sürtün.
1-ci qat - kartof 
2-ci qat - soğan 
3-ü qat – toyuq ətinin yarısı 
4-ü qat – xiyar 
5-ci qat – toyuq ətinin qalan hissəsi 
6-cı qat - pendir 
7-ci qat - yumurta 

Salatın axırıncı qatını yaxşıca mayanezləyın.Üstünü lki hissəyə bölünmüş qoz ləpəsi və göy soğan ilə şəkildəki kimi bəzəyin.
 

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .