facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Qat-Qat Badımcan Salatı

Tərkibi:
2 ədəd  badımcan
2 ədəd yerkökü
2 ədəd duzlu xiyar
3 baş soğan
5 ədəd duzlu göbələk
1 ədəd alma
xama
cəfəri
duz

Hazırlanması:
Badımcanı yuyun. Sobada hazır olanadək bişirin. Soyudun. Çəngəllə əzin.

Yerkökünü yuyun, sürtgəcin iri gözündən keçirin.

Duzlu xiyarı xırda doğrayın.

Təzə baş soğanı xırda doğrayın.

Buluda əzilmiş badımcanı düzün. Üzərinə xama çəkin.

Soğanın yarısını döşəyin. Üzərinə çalınmış xama çəkin.

Duzlu xiyarın yarısını döşəyib üzərinə xama çəkin.

Yerkökünün yarısını döşəyin, üzərinə xama çəkin.

Sonra layları təkrarlayın: badımcan+xama+soğan+xama+duzlu xiyar+xama+yerkökü+xama.

Salatın kənarlarını hamarlayın. Üstünü duzlu göbələk, alma dilimləri və cəfəri ilə bəzəyin. Zövqə görə duz vurun.



Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .