facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Çurçxela resepti (gürcü mətbəxi)

Tərkibi:
1 l üzüm şirəsi
100 q qoz (fındıq, araxis, kişmiş)
100 q qarğıdalı unu
50 q şəkər tozu
ədviyyat: darçın, hil, muskat cevizi, mixək və s. - zövqə görə

Hazırlanması:
Bir sap götürüb qozların içindən keçirin.

Üzüm şirəsinə şəkər tozu, ədviyyat və unu əlavə edib qarışdırın. Zəif odda qatılaşıncayadək bişirin.

Sapa düzdüyünüz qozları bişmiş şirəyə batırın, bir neçə dəqiqə saxlayıb çıxarın. Azca quruyandan sonra yenə şirəyə salın. Proseduru qozun ətrafında şirənin qalınlığı 1-1,5 sm-ə çatanadək təkrarlayın.

Sonra çurçxelanı günəş şüaları düşən yerdə asıb qurudun. Onu bərkiyəndən sonra da yemək olar, 2-3 ay saxladıqdan sonra da. Nə qədər çox qalarsa, dadı bir o qədər gözəl olar.
 

Bu məhsul 0 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .