facebook beğen
Kulinariya

Yeniliklərimizdən xəbərdar olmaq üçün e-mailinizi daxil edin

Bibər qəlyənaltası

Ərzaqlar:

100-150 q feta pendiri
3 ədəd şirin bibər
3 ədəd yumurta
1 diş sarımsaq
1 balaca dəstə şüyüd
Bəzək üçün zeytun

Hazırlanması:

Yumurtanı suda bərk bişirib soyudub qabığını soyuruq.
Bibərin yuyub başını kəsib içini təmizləyirik.
Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.
Sarımsağın qabığını soyub yuyub sarımsaq əzənlə əzirik.
Pendir, sarımsaq və şüyüdü qarışdırırıq.
Bibərin içinə pendir qarışığı yığıb yumurtanı yerləşdiririk.
Hazırladıqdan sonra halqa dilim kəsirik.
Zeytunlazövqəgörəbəzəyibsüfrəyəveririk.

Bu məhsul 1 dəfə oylanmış
Şərhlər
Şərh edilməmiş ilk şərhi siz edin .